Azərbaycanlı MMA döyüşçüsü sabiq çempionu nokautla yendi - VIDEO

Azərbaycanlı MMA döyüşçüsü sabiq çempionu nokautla yendi - VIDEO

UFC liqasında yüngül çəkidə mübarizə aparan azərbaycanlı döyüşçü Rafael Fiziyev növbəti görüşünə çıxıb. 

Fanat.Az xəbər verir ki, o, Las-Veqasda (ABŞ) "UFC Vegas 58" turnirinin əsas döyüşündə braziliyalı adaşı - liqanın sabiq çempionu Rafael dos Anyosla qarşılaşıb.

Fiziyev son raundda rəqibini nokaut edərək qələbə qazana bilib. Beləliklə, Fiziyev UFC-də ardıcıl altıncı qələbəsini qazanıb. O, indiyə qədər cəmi bir məğlubiyyətlə üzləşib. Ümumilikdə onun MMA-da 12 qələbəsi var ki, onlardan səkkizi nokautladır. 

İyulun 4-də açıqlanan son reytinq sıralamasına görə, Fiziyev UFC-nin yüngül çəki dərəcəsində 10-cu, dos Anyos isə yeddinci olub.

Qeyd edək ki, tərəflər arasında döyüş ilin əvvəlində baş tutmalı idi. Lakin Rafael Fiziyev  “Omikron”a yoluxduğundan görüş alınmamışdı.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər