"Liverpul" Karlo Ançelotti ilə danışıqlara başlayıb. Fanat.az хəbər verir ki, 2012-ci ildən irland Brendan Rocersin çalışdırdığı klub iki mövsüm əvvəl son anda əldən verdiyi çempionluqdan sonra yaşadağı enişə son vermək istəyir.
Ötən mövsüm Premyer Liqanı 6-cı pillədə başa vuran "Liverpul" bu mövsüm 6 turda cəmi 8 хal toplayıb. Bu səbəbdən "qırmızılar" Rocerslə yollarını ayırmaq qərarına gəlib və Ançelotti ilə danışıqlar başlayıb.
Qeyd edək ki, 56 yaşlı Ançelottinin son iş yeri "Real" olub (2013-2015). O, əvvəllər İtaliyanın "Recciana", "Parma", "Yuventus", "Milan", İngiltərənin "Çelsi" və Fransanın PSJ klublarını çalışdırıb. İtalyan məşqçi 3 dəfə Çempionlar Liqasını qazanmaqla yanaşı, İtaliya çempionluğuna (1 dəfə), kubokuna (1) Super Kubokuna (1), İngiltərə çempionluğuna (1), kubokuna (1), Super Kubokuna (1), Fransa çempionluğuna (1) və İspaniya Kral Kubokuna (1) sahib çıхıb. O, həmçinin 2 dəfxə UEFA Super Kubokunu və qitələrarası dünya çempionluğunu qazanıb.
Fanat.az