Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

Dünya Çempionatının E qrupunda ikinci tur çərçivəsində gərgin qarşılaşma baş tutub.

Fanat.Az xəbər verir ki, Almaniya millisi ilk yarısını 0:1 hesabı ilə geridə qapatdığı oyunda Fil Dişi Sahili komandasına 2:1 hesabı ilə qalib gəlib.

Bundestimə qələbəni gətirən qolları matçın 60-cı dəqiqəsində meydana daxil olan və cəmi 30 dəqiqə ərzində dubl edən Deniz Undav vurub.

Bu qələbə ilə Almaniya millisi çempion olduğu 2014-cü il Dünya Kubokundan bəri ilk dəfə mundialda qrupdan çıxmağı vaxtından əvvəl təmin edib.

Beləliklə, almanlar 12 illik qrupda qalma lənətinə rəsmən son qoyublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər