Adrian Pit yenidən "Xəzər Lənkəran"ın əsas komandasının formasını geyinib. Fanat.az xəbər verir ki, rumın futbolçu AZAL-la oyunun start heyətində yer alıb.
Pit 120 gündən sonra "Xəzər Lənkəran"ın əsas heyəti ilə oyuna çıxıb. Belə ki, o, sonuncu dəfə iyulun 25-də "Makkabi" ilə ev oyununda (0:8) oynamış və bundan sonra Con Toşak tərəfindən meydandan qovulmuşdu. Bir müddət sonra əvəzedici komandaya dönən rumın yarımmüdafiəçi uelsli mütəxəssisin istefasından sonra A komandasına qayıdıb.
Pit Premyer Liqada son oyununu bu ilin 3 mayında "Kəpəz"ə qarşı keçirmişdi. Bu gün o, 210 günlük fasilədən sonra Azərbaycan çempionatında meydana çıxıb. Həmin vaxtdan "Xəzər Lənkəran" Premyer Liqada 14 oyun keçirmişdi.
Fanat.az