İngiltərə Premyer Liqasını tərk edən iki klub müəyyənləşib. Fanat.az xəbər verir ki, "Fulhem" və "Kardiff "Siti" güclülər dəstəsini tərk edib.
"Fulhem" səfər matçında "Stok Siti"yə 1:4, "Kardiff Siti" "Nyukasl"a 0:3 hesabı ilə yenilib. Bununla da onların aşağı liqaya düşməsi rəsmiləşib. Belə ki, "Fulhem" sona 1 tur qalmış 31 xalla 19-cu, "Kardiff Siti" 30 xalla 20-ci pillədə qərarlaşıb. "Sanderlend" isə səfərdə "Mançester Yunayted"i 1:0 hesabı ilə yenərək Premyer Liqada qalmaq yolunda önəmli addım atıb. Bu komanda sona 1 tur qalmış 18-ci pillədəki "Norviç"i 3 xal qabaqlayır.
Qeyd edək ki, sonuncu dəfə 1960-1962-ci illərdə Premyer Liqada çıxış etmiş "Kardiff Siti" ötən mövsümün sonunda yenidən güclülər dəstəsinə vəsiqə əldə etmişdi. 2000/01 mövsümündə I divizionun qalibi olaraq Premyer Liqaya çıxan "Fulhem" isə 4 il öncə ilk dəfə qatıldığı Avropa Liqasında finala qədər irəliləmiş və "Atletiko"ya udazaraq ikinci olmuşdu.
Fanat.az