125 il sonra Premyer Liqada

125 il sonra Premyer Liqada

İngiltərə birinci liqasında mübarizə aparan "Bornmut" klubu 125 illik tarixində ilkə imza atıb. Fanat.az xəbər verir ki, komanda növbəti mövsümdən Premyer Liqada oynamaq hüququ qazanıb.

Bu, çempionatın 45-ci turunda "Bolton"la görüşdə rəsmiləşib. Öz meydanında rəqibini 3:0 qalib gələn "Bornmut" ən yaxın izləyicisi "Midlsbro"nu 3 xal qabaqlayıb. Bununla da "Bornmut" sona bir tur qalmış tarixində ilk dəfə Premyer Liqaya vəsiqə qazanıb. "Bolton" üzərindəki qələbədən sonra komandanın azarkeşləri meydana axışaraq zəfəri bayram ediblər.

Qeyd edək ki, Bu turda "Uotford" komandası da Premyer Liqaya vəsiqə qazanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər