105 milyonluq futbolçu Premyer Liqa yolunda

105 milyonluq futbolçu Premyer Liqa yolunda
"Real"ın 100 milyon avro transfer qiyməti olan oyunçusu Qaret Beyl yayda İngiltərəyə dönə bilər. Fanat.az хəbər verir ki, uelsli ulduza Premyer Liqanın 3 klubu elçi düşüb.
Məlumata görə, onu "Çelsi", "Mançester Yunayted" və "Mançester Siti" heyətinə qatmaq istəyir. Amma bir problem var ki, Beyli heyətinə qatmaq istəyən klub 105 milyon avro ödəməlidi. Çünki futbolçunun müqaviləsində "105 milyon avro qarşılığında başqa bir kluba keçə bilər" bəndi var.
İddialara görə, "Real" özü də Beyli satmaq istəyir. Məqsəd isə onu satmaqla əldə olunacaq gəlirlə yeni futbolçular transfer etməkdi. "Kral Klubu" "Borussiya"nın (Dortmund) 40 milyon avro qiymət qoyduğu Marko Reusu heyətinə qatmaq istəyir. Düzdü "Real"ın bu transferi reallaşdırmaq üçün kifayət qədər pulu var. Amma UEFA-nın "Maliyyə fair-playı" qaydaları bu transferin qarşısını kəsir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər