Zidanın oğluna Premyer Liqadan təklif

Zidanın oğluna Premyer Liqadan təklif

"Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan İngiltərədə çıxış edə bilər. Fanat.az xəbər verir ki, "Midlsbro" əfsanəvi futbolçunun oğlunu heyətinə qatmaq istəyir.

Avropa mediasının məlumatına görə, Premyer Liqaya yeni vəsiqə qazanmış klub Enzonu icarəyə götürmək niyyətindədi. "Midlsbro" artıq "Real" və futbolçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Enzo Zidan 9 yaşında - 2004-cü ildə "Real"a keçib. 2014-cü ildən Madrid klubunun B komandası olan "Real Madrid Kastilla"da çıxış edən 21 yaşlı yarımmüdafiəçi ötən mövsüm meydana çıxdığı 38 rəsmi oyunda 2 qol vurub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər