"Yuventus"un müdafiəçisi Matteys de Liqt karyerasını İngiltərədə davam etdirə bilər. "Çelsi" futbolçu ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
London təmsilçisi de Liqtə, "Real Madrid"ə azad agent statusu ilə keçən Antonio Rüdigerin əvəzləyicisi kimi baxır.
2021/2022 mövsümündə de Liqt bütün turnirlərdə "Yuventus"un heyətində 42 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.