“Yuventus” avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ

“Yuventus” avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ

İtaliyanın "Yuventus" klubu avrokuboklardan kənarlaşdırılıb.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi maliyyə feyr-pley qaydalarını pozduğu üçün 2023/2024 mövsümündə Avropa Konfrans Liqasında iştirak hüququndan məhrum edilib.

Bu azmış kimi, Turin klubu 20 milyon avro məbləğində cərimələnib.

Bu komandanı avrokuboklarda ötən mövsüm A Seriyasını 8-ci pillədə tamamlayan "Fiorentina" əvəzləyəcək.

Xatırladaq ki, "Yuventus" ötən mövsüm İtaliya çempionatında 7-ci yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər