"Böyük ehtimalla Marat İzmayılov "Qəbələ"də çıxış edəcək. Mən "Portu"nun prezidenti ilə yaxşı tanışam və o İzmayılova may ayına qədər bizdə icarə əsasında oynamağa icazə verdi. Yəni, hər şeyə yaxın günlərdə aydınlıq gələcək". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyiğ.
"Sport-Ekspress"ə danışan rusiyalı mütəxəssis İzmayılovun "Qəbələ"yə keçmək variantının necə yaranmasından da danışıb: "Mən İzmayılovla hər zaman əlaqə saxlayıram. Onun meneceri Paulo Barbozo ilə yaxşı tanışam. Yəni, bu bizim birgə qərarımız idi".
Maratın bu mövsüm az oynaması Syomini narahat etmir: "Bu məni narahat etmir. O, mənim komandamda da oynayıb və öz işinin öhdəsindən yaxşı gəlib. Onun səviyyəsi, ustalığı və psixologiyasına heç vaxt şübhəm olmayıb".
Fanat.az