Sierra Leone yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçisi Conni Makkinstri 20 futbolçuya dəvət göndərib.
Onların arasında “Xəzər Lənkəran”ın yeni transferi Alfred Sanko da var. Hazırda “Xəzər Lənkəran”la Sloveniyada təlim-məşq toplanışında olan futbolçu Syerra-Leone millisi ilə iyulun 19-da paytaxt Fritaunda Afrika Millətlər Kubokunun seçmə mərhələ çərçivəsində Seyşel adaları ilə keçiriləcək görüşdə iştirak edəcək.
Qeyd edək ki, Sanko milli komandada 8 oyun keçirib.
Fanat.az