"Xəzər" çempionluğu və Premyer Liqaya vəsiqəni rəsmiləşdirdi

"Xəzər" çempionluğu və Premyer Liqaya vəsiqəni rəsmiləşdirdi
I divizionda XVI turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
Ötən tur liderliyi ələ keçirən "Xəzər" evdə "Zaqatala" üzərində əzmkar qələbə qazanıb - 3:2. İkinci pillənin sahibi "Qaradağ Lökbatan" isə səfərdə "Turan Tovuz"a 1:2 hesabı ilə yenilib. Bununla da "Xəzər" mövsümün sonuna bir tur qalmış həm çempionluğu rəsmiləşdirib, həm də Premyer Liqaya vəsiqə qazanıb.
Turun digər oyunlarında "Ağsu" "Binə"ni 3:2, "Mil-Muğan" "Şüvəlan"ı 1:0 hesabı ilə yenib. MOİK - "Sabah" matçında isə hesab açılmayıb. 
 
I divizion 
2017/18 mövsümü
XVI tur
4 may
Mil-Muğan - Şüvəlan 1:0
Qol: Vüqar Asəliyev, 82.
Xəzər - Zaqatala 3:2
Qollar: Tural Qürbətov, 55. Ramil Həsənov, 73. Eltun Turabov, 78 - Cavad Kazımov, 58. Nicat Muxtarov, 71.
Qırmızı vərəqələr: Tural Qürbətov, 81 - Roini İsmayılov, 81.
Turan Tovuz - Qaradağ Lökbatan 2:1
Qollar: İlkin Rzayev, 7. Tuqay Alhüseynli, 52 - Sabir Allahquliyev, 41.
Qırmızı vərəqə: Sabir Allahquliyev, 87.
Ağsu - Binə 3:2
Qollar: Adil Tağıyev, 16. Ramil Əliyev, 26. Bəhlul Əliyev, 89 - Sərxan Ağayev, 12. Vüsal Səfərov, 71-pen.
Qırmızı vərəqə: Qalib Əmrahov, 90+1.
MOİK - Sabah 0:0
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Xəzər

26

15

5

6

40:16

50

2

Qaradağ L

26

13

7

6

44:30

46

3

Şüvəlan

26

12

6

8

28:20

42

4

MOİK

26

12

5

9

37:30

41

5

Turan T

26

11

5

10

34:33

38

6

Sabah

26

10

7

9

37:32

37

7

Binə

26

10

5

11

31:33

35

8

Mil-Muğan

26

8

6

12

31:45

30

9

Ağsu

26

7

4

15

24:48

25

10

Zaqatala

26

4

6

16

23:42

18

Bombardirlər

Bəhruz Teymurov (MOİK), Sabir Allahquliyev (Qaradağ Lökbatan) - 12. Tural Qürbətov (Xəzər) - 11. Elnur Səmədov (Turan Tovuz) - 9. Samir Babayev (Mil-Muğan) - 8.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər