"Barselona"nın baş məşqçisi Xavi komandanın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqla görüşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı AS nəşri yayıb.
Xəbərə görə, 42 yaşlı mütəxəssis de Yonqdan Kataloniya təmsilçisində qalması üçün maaşının 50 faiz azaldılmasına razı olmasını xahiş edib. Yazılanlara inansaq, Xavi bunu mövcud maddi durumla əlaqələndirib və futbolçuya onu gələcək planlarının bir parçası kimi gördüyünü çatdırıb. Tərəflərin görüşü yüksək əhvalda tərk etdikləri vurğulanıb.
Xatırladaq ki, Frenki de Yonqla "Mançester Yunayted" maraqlanır.
Nihat