Vüqar Nadirov: "Təslim olsaydıq, Almaniyaya uçmazdıq"

Vüqar Nadirov: "Təslim olsaydıq, Almaniyaya uçmazdıq"
"Evdə 0:2 hesabıyla uduzduğumuz rəqibin bizi öz meydanında da məğlub edəcəyinə əmin olanlar tələsməsinlər”. Bunu Fanat.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Vüqar Nadirov deyib.Frankfurt “Ayntarxt”ı ilə Bakıdakı oyunun ikinci yarısında meydana çıxan və zərbəsi tirdən dönən Nadirov cavab matçında uğurlu nəticə qazanmaq şanslarının olduğunu vurğulayıb: “Hə, şansımız azalıb. Bakıdan qələbəylə qayıdan almanların üstünlüyü göz qabağındadı. Amma biz də inamımızı itirmirik. Şəxsən mən, səfərdə Bakıdakından yaxşı oynayacağımıza inanıram. “Ayntraxt”ın azarkeşlərindən və oyunçularından çəkinmirik. Əksinə, yaxşı meydanda sonadək mübarizə aparmaq, Azərbaycana uğurlu nəticə ilə dönmək istəyirik. Bu futboldu. Ən yaxşısına ümid etmək lazımdı. Oyun başlamamış təslim olsaydıq, Almaniyaya uçmazdıq”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər