Vüqar Əsgərov niyə transferə çıxarılıb?

Vüqar Əsgərov niyə transferə çıxarılıb?
"Əvvəlcə "Sumqayıt"ın rəhbərliyinə mənə inanıb dəvət etdikləri üçün minnətdarlığımı bildirirəm. Həqiqətən bu klub mənim üçün vətənimdə böyük təcrübə oldu. Burada olduğum müddətdə bir neçə dəfə A milli komandaya çağırıldım". Fanat.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın transferə çıxardığı Vüqar Əsgərov deyib. 
Əsgərov transferə çıxarılmasının səbəbi ilə bağlı danışıb: "Sumqayıt"dan xoş hisslərlə ayrılıram, məşqçi heyətinə üzərimdəki əziyyətlərinə görə təşəkkür edirəm. Onlara Premyer Liqada uğurlar arzulayıram. Ailə vəziyyətim və bəzi səbəblərə görə transferə çıxarılmağımı istədim. Rəhbərliklə danışıb vəziyyəti onlara başa saldım. Yaxın günlərdə məsələ öz həllini tapacaq".
Qeyd edək ki, Vüqar cari mövsümdə Topaz Premyer Liqasında 12 qarşılaşmada ümumilikdə 792 dəqiqə meydanda olub və 2 qol vurub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər