"Biz hər mövqedə yeni futoblçular görmək istəyirik. Artıq bəzi futbolçularımız komandadan ayrılıbılar. Gedənlərin yerini dolduracağıq. Hazırda bizi ən çox narahat edən məsələ hücum xəttindəki problemlərdi". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
Sadıqov hücum xəttinə bəzi namizədlərinin olduğunu bildirib: "Namizədlər var, amma onları heyətimizə cəlb edə bilib-bilməyəcəyimizi zaman göstərəcək. Bu da bizim işlərimizi düzgün aparmağımızdan asılıdı. Heyətə ən azı 4-5 futbolçu cəlb etməklə rəqabətli komanda yaradacağıq. Əsas heyətlə yanaşı, ehtiyatda güclü futbolçularımız olacaq. Elə oyunçular olacaq ki, meydançaya sonradan daxil olub, matçın taleyini dəyişə bilsinlər".
Fanat.az