Vaqif Sadıqov: “Transfer edə bilmirik”

Vaqif Sadıqov: “Transfer edə bilmirik”

“Transfer pəncərəsinin sonunadək ola bilsin ki, bir müdafiəçi transfer edək”. Bu sözləri Fanat.az-a açıqlamasında AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Baş məşqçi hazırda bu yöndə axtarışlarının davam etdiyini bildirib: “Müdafiə xəttində boşluq var. Çalışırıq ki, onu aradan qaldıraq. Axtarışlar davam edir. Uyğun futbolçu tapsaq müqavilə bağlayacağıq”.

Sadıqov yeni oyunçulara ehtiyaclarının olduğunu desə də, transfer etməyə imkanlarının olmadığını bildirib: “Heyətlə bağlı problemlərimiz var. Ehtiyat qüvvəmiz, oyunun axarını dəyişmək üçün meydana buraxa biləcəyimiz futbolçumuz yoxdu. Amma transfer edə bilmirik. Çünki transfer büdcəsini artıq xərcləmişik”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər