Vaqif Cavadovun komandasından 2 transfer

Vaqif Cavadovun komandasından 2 transfer

Vaqif Cavadovun çıхış etdiyi "Boluspor" daha iki transfer edib. Fanat.az хəbər verir ki, PTT 1-ci liqa klubu Ogün Aytaç Yavuz və Ömer Alp Kulqanı heyətinə qatıb. Hər iki oyunçu ilə 1,5 illik müqavilə imzalanıb.

 

Ogün Aytaç Yavuz Belçikanın "Genk" klubundan transfer edilib. 20 yaşlı futbolçu yarımmüdafiə mövqeyində oynayır. 26 yaşlı müdafiəçi Ömer Alp isə ilk yarıda "Dənizlispor"un formasını geyinib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər