Ukrayna Premyer Liqası vaxtından əvvəl başa çatdırıldı

Ukrayna Premyer Liqası vaxtından əvvəl başa çatdırıldı

Futbol üzrə Ukrayna Premyer Liqasında 2021/2022 mövsümü vaxtından əvvəl başa çatdırılıb.

Fanat.Az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

Qərara əsasən, Donetsk "Şaxtyor"u çempion elan edilib. Kiyev "Dinamo"su ikinci, "Dnepr-1" komandası isə üçüncü yeri tutub. Qaliblərin mükafatlandırılmayacağı bildirilib.

Müvafiq qərar təsdiqlənmək üçün Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsinə göndərilib.

Qeyd edək ki, Ukrayna çempionatında bu mövsümün 18 turu keçirilib. Rusiya qoşunlarının fevralın 24-dən Ukrayna ərazisinə hərbi hücumu səbəbilə liqa yarımçıq dayandırılıb. 2022/2023 mövsümünün keçirilməsi hələlik sual altındadır və hər şey müharibənin gedişindən asılı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər