Futbol üzrə Ukrayna Premyer Liqası dayandırılıb.
Fanat.Az xəbər verir ki, bu haqda Ukrayna Futbol Federasiyası məlumat yayıb.
Məlumatda səbəb kimi ölkədə hərbi vəziyyətin tətbiqi göstərilib. Ukrayna Premyer Liqası qış fasiləsindən sonra - fevralın 25-də bərpa olunmalı idi.