UEFA bu komandanı Çempionlar Liqasından çıxarır?

UEFA bu komandanı Çempionlar Liqasından çıxarır?

UEFA “Styaua”nı Çempionlar Liqasından kənarlaşdırır. Apasport.az saytının məlumatına görə, Rumıniya mətbuatı qurumun son çempionunun Avropanın ən nüfuzlu klub turnirindən çıxarılmaq istədiyini yazır.

Belə ki, “Neftçi” kimi mübarizəyə II təsnifat mərhələsindən başlayacaq buxarestlilərin loqosu bu turda yer alan komandaların sırasından çıxarılıb. Bu durum də Rumıniyanın ən titullu klubunun Avropa miqyaslı turnirlərdən xaric ediləcəyi iddialarını ortaya atıb. Çünki “Styaua” ilə bağlı danışılmış oyunlar ittihamı 2008-ci ildən olaraq araşdırma gedir.

UEFA-nın Nizam-İntizam Komitəsinin son qərarını gələn həftənin əvvəlində verəcəyi gözlənilir. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər