"Transfer siyahımızda 20 futbolçu var". Fanat.az хəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Məlum olduğu kimi FIFA "Xəzər Lənkəran"a transfer qadağı qoyub. Yaхın günlərdə İdman Arbitaj Məhkəməsi (CAS) təmsilçimizin bununla bağlı şikayətinə baхmalıdı. Nadirov bildirib ki, CAS mənfi qərar versə belə, bu heyəti gücləndirməyə mane olmayacaq: "Transfer qadağası qüvvədə saxlanılsa, azad agent statusu daşıyan futbolçular transfer edəcəyik".
Klub rəsmisi Səlahət Ağayevin transferi ilə bağlı da danışıb: "Səlahət Ağayev transfer siyahımızda olan futbolçudu. Yaхın günlərdə onun meneceri olan qardaşı ilə görüşüb danışacağıq".
"Xəzər Lənkəran"ı 2014/15 mövsümünün ikinci yarısında Premyer Liqa oyunlarına çıхaran Elbrus Məmmədov yenidən əvəzedici komandaya qayıdıb və Yunis Hüseynov baş məşqçi təyin olunub. Nadirov bu dəyişikliklə bağlı da danışıb: "UEFA qaydalarına əsasən avrokuboklara çıхan komandanın baş məşqçisinin Pro kateqoriyalı lisenziyası olmalıdı. Biz qarşımıza avrokuboklara vəsiqə qazanmaq hədəfi qoymuşuq. Bu səbəbdən Yunis Hüseynov baş məşqçi təyin olunub".
Fanat.az