"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel İngiltərə Premyer Liqasında işləmək imkanı qazanıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Sportslens" məlumat yayıb.
Mənbənin məlumatına görə, məşhur alman mütəxəssisin xidmətində London “Vest Hem”i maraqlıdır. "Çəkicdöyənlər" Tuxeli Devid Moyesin əvəzləyicisi kimi nəzərdən keçirir. Londonlular son görüşlərdəki nəticələrdən narazıdırlar və hazırkı məşqçilərini istefaya göndərməyi planlaşdırırlar.
İngiltərə çempionatının 24 turundan sonra "Vest Hem" 36 xal toplayıb və turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.