Türk vunderkind Premyer Liqa klubunda - Danışıqlar bu tarixdə başlayır

Türk vunderkind Premyer Liqa klubunda - Danışıqlar bu tarixdə başlayır

"Fənərbağça"nın yarımmüdafiəçisi Arda Gülər ​​karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Mənbənin məlumatına görə, Nyukasl təmsilçiləri bu həftəsonu 18 yaşlı türk futbolçunun ailəsi ilə görüşərək, mümkün keçidi müzakirə edəcəklər. 

Qeyd olunub ki, Gülərin Yaxınları "Ayaks" və "Barselona"dan gələn təklifləri də dinləməyi planlaşdırır.

Futbolçunun "Fənərbağça" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" Türkiyə millisinin futbolçusunu 11 milyon avro qiymətləndirib.

Yarımmüdafiəçi bu mövsüm türk klubunda 29 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər