Türkiyənin regional həvəskarlar liqasının -cı qrupunun lideri "Bartınspor" döyüşçünü heyətinə qatıb. Fanat.az xəbər verir ki, klub Suriyadakı vətəndaş müharibəsində iştirak edən Ziad Ayouzla müqavilə bağlayıb.
O, Suriyada "Teşrin" klubunda oynayıb və ölkə U-21-nin formasını geyinib. Ziad Azad Suriya Ordusuna qoşularaq 8 ay vətəndaş müharibəsində iştirak edib. Daha sonra isə həyat yoldaşı və uşağını götürərək Türkiyəyə qaçıb. O, ailəsi ilə birlikdə Konyada məskunlaşıb: "Suriya çempionatında çıxış edən "Teşrin" klubunda oynamışam. Daha sonra Azad Suriya Ordusuna qoşularaq 8 ay döyüşdükdən sonra - bir il əvvəl Türkiyəyə gəldim. İndi "Bartınspor"da oynayıram. Burda oldduğum üçün çox xoşbəxtəm. Artıq iki matçda oynamışam, 1 qol vurmuşam və 2 məhsuldar ötürmə etmişəm".
Fanat.az