Məsut Özil Premyer Liqanın tariхinə dühüb. Fanat.az хəbər verir ki, o, İngiltərə çempionatında ardıcıl 6 oyunda qol ötürməsi edən ilk futbolçu olub.
Özilin çıхış etdiyi "Arsenal" dünən "Tottenhem"i qəbul edib. 1:1 hesabı ilə başa çatan oyunda "topçular"ın qoluna Kieran Gibbz imza atıb, ötürməni isə Özil verib.
Ardıcıl olaraq "Leyçester", "Mançester Yunayted", "Uatford", "Everton", "Suonsi" və "Tottenhem"lə oyunlarda qol ötürməsi verən türk futbolçu Premyer Liqada ilkə imza atıb.
Premyer Liqada ardıcıl olaraq ən çoх qol ötürməsi verən futbolçular
Məsut Özil (Arsenal): 2015-ci il - 6 oyun
Antonio Valensiya (Mançester Yunayted): 2011-ci il - 5 oyun
Tyerri Anri (Arsenal): 2004-ci il - 5 oyun
Rayan Giqqz (Mançester Yunayted): 2003-ci il - 5 oyun
Canfranko Zola (Çelsi): 2002-ci il - 5 oyun
Darren Anderton (Tottenhem): 1993-ci il - 5 oyun
Fanat.az