"İnter"in yeni transferi Aleksandr Amisulaşvilinin zorlama ittihamı həbs olunub. Fanat.az xəbər verir ki, hadisə 2007-ci ildə gürcü müdafiəçi Rusiyanın "Spartak" (Nalçik) komandasında çıxış etdiyi vaxt baş verib.
Məlumata görə, 7 il öncə Rusiya çempionatında "Luç"a 1:2 hesablı məğlubiyyətlə başa çatan səfər oyunundan sonra Amisulaşvili Vladivostokda qalaraq, kafeyə yollanıb. Səhərədək dostları ilə əyləndikdən sonra 25 yaşlı qadını buraxmayıb və onu zorlayıb. Həmin qadın isə polisə müraciət edib. Hüquq-mühafizə orqanları tezliklə Amisulaşvilini həbs ediblər.
Faktla bağlı cinayət işi qaldırılıb. Amma sonradan futbolçu "Sovsport"a açıqlamasında "Luç"la oyundan sonra Vladivostokda qaldığını təsdiqləsə də, saxlanılaraq, zorlamada ittiham olunmasına dair xəbərləri təkzib edib.
Fanat.az