Bakı "İnter"inin qışda transfer edəcəyi futbolçuların sayı müəyyənləşib. Fanat.az xəbər verir ki, Kaxaber Tsxadadze rəhbərlikdən ən azı 3 futbolçu istəyib.
Gürcü mütəxəssisin istəyinə uyğun olaraq müdafiə, yarımmüdafiə və hücum xəttinin hər birinə ən azı bir oyunçu alınmalıdı.
Qeyd edək ki, bir neçə gün əvvəl Fanat.az-a açıqlama verən "İnter"in prezidenti Georgi Nikolov hazırda Brüsseldə olduğunu və belçikalı bir futbolçu ilə danışıqlar aparacağını bildirib. Prezident ad açıqlamasa da, maraq dairələrində olan oyunçunun kifayət qədər tanınmış biri olduğunu deyib.
Fanat.az