FIFA 2013-cü ildə transferə ən çox pul xərcləyən ölkələri açıqlayıb. Fanat.az xəbər verir ki, ali futbol qurumunun hesablamalarına görə, ötən il ingilislər hamıdan çox vəsait sərf edib.
Belə ki, İngiltərə klubları 2013-cü ildə əcnəbi futbolçuların transferi üçün 913 milyon dollar ödəyib. Bu 2012-ci illə müqayisədə 51 faiz artıqdı.
İkinci pillədə İtaliya qərarlaşıb. Bu ölkənin klubları ötən il 475 milyon dollardan keçib ki, bu da 2012-yə nisbətən 120 faiz artıqdı. PSJ və "Monako"nun transferlərə atronomik rəqəmlər xərcləməsi Fransanın üçüncü pilləyə yüksəlməsi ilə nəticələnib. Fransızlar transfer xərclərini 74 faiz artıraraq 420 milyona dollara çatıdırıb.
FIFA futbolçu satışından ən çox qazanan ölkələri də açıqlayıb. Siyahının birinci pilləsində 2012-yə nisbətən gəlirlərini 166 milyon artıran İspaniya başçılıq edir. İtaliya 436 milyonla ikinci, Portuqaliya 323 milyonla üçüncü olub. Siyahıdakı sürpriz ölkə Ukraynadı. Keçmiş "Qardaşlarımız" gəlirlərini 379 faizlik artımla 168 milyon dollara çatdırıb.
Transferlərə ən çox pul xərcləyən ölkələr:
1. İngiltərə - 913.000.000 (+51%)
2. İtaliya - 475.000.000 (+120%)
3. Fransa - 420.000.000 (+74%)
4. İspaniya - 319.000.000 (+78%)
5. Almaniya - 239.000.000 (+1%)
6. Rusiya - 214.000.000 (-33%)
7. Ukrayna - 193.000.000 (+168%)
8. Türkiyə - 163.000.000 (+50%)
9. Portuqaliya - 104.000.000 (+21%)
10. Uels - 100.000.000 (+96%)
Transferlərdən ənçox qazanan ölkələr:
1. İspaniya - 565.000.000 (+166%)
2. İtaliya - 436.000.000 (+47%)
3. Portuqaliya - 323.000.000 (+42%)
4. Braziliya - 312.000.000 (+34%)
5. İngiltərə - 300.000.000 (+27%)
6. Fransa - 297.000.000 (+42%)
7. Hollandiya - 182.000.000 (+31%)
8. Ukrayna - 168.000.000 (+379%)
9. Almaniya - 140.000.000 (-29%)
10. Rusiya - 94.000.000 (+151%)
Fanat.az