Radamel Falkao yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər. Fanat.az xəbər verir ki, son iki mövsümü icarə əsasında "Mançester Yunayted" və "Çelsi"də keçirən futbolçunun xidmətində "Midlsbro" maraqlıdı.
Müqavilə ilə "Monako"ya məxsus olan kolumbiyalı ulduzun knyazlıq klubuna qayıtmaq ehtimalı yoxdu. "Çelsi" isə 12 oyunda şans verdiyi və cəmi 1 qol vuran futbolçunu heyətində saxlamaq istəmir. Bu səbəbdən Falkao özünə klub tapmalıdı. O, yenidən Premyer Liqaya qayıdan "Midlsbro"nun maraq dairəsinə düşüb. Debütant böyük ehtimalla Falkaonu icarəyə götürəcək.
Qeyd edək ki, kolumbiyalı transferinə ən çox pul xərclənən futbolçulardan biridi. Belə ki, o, "River Pleyt"dən "Portu"ya 5.43, 2011-ci ildə 40, iki il sonra "Monako"ya 43 milyon avroya transfer olunub. "Mançester Yunayted" onun icarəsinə 7.6, "Çelsi" 7 milyon xərcləyib. Beləliklə, 5 klub Falkaonun transfer və icarəsinə 103 milyon 30 min pul sərf edib. Hazırda "Transfermarkt" ona 23 milyon avro qiymət qoyub.
Fanat.az