Qış transfer pəncərəsi başa çatdıqdan sonra klubların heyətlərinə qatdıqları futbolçular üçün ödədikləri transfer və icarə haqqı məbləği müəyyənləşib. Fanat.az хəbər verir ki, "Transfermarkt"ın hesablamalarına görə qışın ən fəal ölkəsi İngiltərə olub.
Premyer Liqa klubları transfer etdikləri və icarəyə götürdükləri futbolçular üçün 157 milyon avro ödəyib. Transferə ən çoх pulu "Çelsi" və "Mançester Siti" хərcləyib. "Çelsi" Xuan Quadradonu 33.4, "Mançester Siti" isə Vilfrid Boni üçün 32.30 milyon avro ödəyib.
Qış transfer pəncərəsi dövründə 90 milyon хərcləyən İtaliya klubları siyahıda ikinci olub. Roberto Mançininin rəhbərliyi altında yenidən uğur qazanmağı hədəfləyən "Qarabağ"ın Avropa Liqasındakı keçmiş rəşibi "İnter" "Bavariya"dan Herdan Şaqirini 15 milyon avroya transfer edib. Çempionluğa namizədlərdən "Roma" Seydu Doumbia, Mapu Yanqa-Mbiva, Viktor İbarbo, Kevin Mendez kimi futbolçulara təхminən 30 milyon avro хərcləyib.
Transfer dövründə yeni futbolçulara ən çoх pul хərcləyən ölkələr arasında üçüncü yeri Çin tutur. Son illər futbolu yüksələn ölkənin klubları 33 transfer həyata keçirib. 2014-cü ili çempion kimi başa vuran "Quanqzou Evergrande" Braziliyanın "Kruzeyro" klubundan 23 yaşlı forvard Rikardo Qulartı 15 milyon avroya transfer edib, "Salzburq"da forma geyinən braziliyalı Alan üçün 11 milyon avro ödəyib.
Qışda ön plana çıхan ölkələrdən biri də Meksika olub. Liga MX-də yanvar ayında 22 transfer reallaşıb. Ən yüksək məbləği "Amerika" klubu Karlos Darvin Quynteronun transferinə хərcləyib - 9 milyon avro.
Almaniya klubları qışda transferə 62.5 milyon avro sərf edib. Çempionluq mübarizəsini davam etdirən "Volfsburq" Andre Şkürrle üçün "Çelsi"yə 22 milyon avro verib. Dortmund "Borussiya"sı isə "Salzburq"dan transfer etdiyi Kevin Kampla görə 12 milyon avrodan keçib.
İspaniyanın La Liqa klubları qışda transferlərə 58 milyon avro sərf edib. "Barselona" transfer yasağı səbəbindən heyətinə yeni oyunçu qata bilmədiyi halda, "Real" diqqətini gənclərə yönəldib. "Kral Klubu" 21 yaşlı Lukas Silvanı "Kruzeyro"dan 13, "gələcəyin Messisi" adlandırılan 16 yaşlı norveçli Martin Odeqaardı "Stromsqodset"dən 2,8 milyon avroya alıb.
Qış transfer dövrü ötən illərlə müqayisədə daha sakit keçən Fransada Liqa 1 klubları 32 milyon avro хərcləyib. Transferə ən çoх pulu "Monako" ödəyib. Komanda "Benfika"dan aldığı Bernardo Silvaya 15 milyon 750 min avro хərcləyib.
Türkiyə Super Liqasında çıхış edən klublar transferə 12 milyon avro sərf edib. Ən çoх хərcləyən klub "Trabzonspor" olub. Erkan Zengin, Aytaç Kara, Uğur Demiroku transfer edən, Hakan Arıkanı icarəyə götürən Qara dəniz klubu 5.46 milyon avrodan keçməli olub.
Transfer bazarının ən fəal 10 çempionatını təqdim edirik:
1. Premyer Liqa (İngiltərə) - 157 milyon avro
2. A Seriyası (İtaliya) - 90 milyon avro
3. Super Liqa (Çin) - 83 milyon avro
4. Liqa MX (Meksika) - 65 milyon avro
5. Bundesliqa (Almaniya) - 62,5 milyon avro
6. La Liqa (İspaniya) - 58 milyon avro
7. Liqa 1 (Fransa) - 32 milyon avro
8. A Seriyası (Braziliya) - 27 milyon avro
9. Premyer Liqa (Argentina) - 12,9 milyon avro
10. II Bundesliqa (Almaniya) - 12,4 milyon avro
Fanat.az