"Bavariya" transfer bombasını partladıb. Fanat.az xəbər verir ki, Münhen klubu Robert Levandovskini heyətinə qatıb.
Bu barədə "Bavariya"nın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, polşalı ulduzla 5 illik müqavilə imzalanıb. Anlaşmanın müddəti 2019-cu ilin 30 iyununda başa çatacaq. Levandovski ildə 11 milyon avro qazanacaq.
"Bavariya"nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge bu transferi gerçəkləşdirdikləri üçün xoşbəxt olduqlarını bildirib və Levandovskinin dünyanın ən yaxşı forvardlarından biri olduğunu deyib.
Mövsümün sonunda "Borussiya" ilə müqaviləsi bitən Levandovski yayda da "Bavariya" keçmək istəmiş, lakin klubu icazə verməmişdi. 2012-ci ildə "Lex"dən Dortmund klubuna keçən ulduz futbolçu 115 Bundesliqa oyununda 65, 25 Çempionlar Liqası matçında 15 qol vurub.
Fanat.az