Topaz Premyer Liqasında 570 gündən sonra

Topaz Premyer Liqasında 570 gündən sonra
Topaz Premyer Liqasının VII turu meydan sahiblərinin aşkar üstünlüyü ilə keçib. 
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, baş tutan üç görüşdə qonaq komandalar nə xal qazanıb, nə də qol vurub. "Neftçi” "Sabah”ı, "Səbail” "Sumqayıt”ı eyni - 2:0, "Zirə” Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.
Belə hadisə sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınıb. Martın 13-14-də keçirilən XXII turun 4 matçında meydan sahibləri qalib gəlib. Bütün oyunları 1:0 hesabı ilə başa çatan turda qonaqlar qol da vura bilməyib. Düzdür, indikindən fərqli 570 gün əvvəl 3 deyil, 4 oyun keçirilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər