Topaz Premyer Liqası Almaniyada yayımlanacaq. Fanat.az xəbər verir ki, bu barədə AFFA Klublar Komitəsinin sədri Tuyqun Nadirov bildirib.
Nadirov deyib ki, ilkin olaraq burada əsas məsələ ödənişin məbləği yox, çempionatın xarici ölkədə yayımlanmasıdı: "Klublar Komitəsinin əvvəlki iclaslarında da məsələ qaldıranda federasiya, xüsusilə AFFA prezidenti Rövnəq Abdullayev buna dəstək verdi. Nəticə olaraq biz məqsəd qoymamışıq ki, məhsul satılanda nə qədərsə məbləğ qazanılsın. Ödənilən məbləğ 10 min də, 100 min də ola bilər. Əsas olan çempionatın yayımlanmasıdı. "CBC Sport" xaricə məhsulunu satırsa, sonda bu bizə faydalıdı".("Report")
Fanat.az