Ten Haq "Barselona" ilə matçdan öncə Ferqyusonla şam etdi

Ten Haq "Barselona" ilə matçdan öncə Ferqyusonla şam etdi

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "qırmızı şeytanlar"ın əfsanəvi baş məşqçisi Aleks Ferqyusonla görüşüb.

Fanat.Az "talkSPORT"a istinadən xəbər verir ki, mütəxəssislər fevralın 21-də restoranların birində şam ediblər.

Xəbərə görə, görüş ten Haqın istəyi ilə baş tutub və tərəflər müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün bir araya gəliblər.

Qeyd edək ki, MY fevralın 23-də Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində "Barselona"nı qəbul edəcək. Komandaların ilk dueli 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər