Syomin yeni transferlər istəyir

Syomin yeni transferlər istəyir
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Premyer Liqanın ilk yarısını dəyərləndirib. Rusiyalı klubun rəsmi saytına açıqlamasında komandasından razılıq edib:
"Çempionatının ilk yarısını yüksək əhval-ruhiyyədə başa vurduq. Futbolçuların tam gücü ilə oynamaları məni sevindirir. Komandamın işə münasibətindən çox razı qaldım. Texniki personaldan rəhbərliyə kimi hamı öz işini dəqiq yerinə yetirirdi. Turnir cədvəlində yuxarı pillədə olmağımız bunun nəticəsidi. Bu, bizə çempionluq uğrunda mübarizə aparmağa imkan verir. İkinci dövrədən fərqli ilk dövrədə daha çox xal toplamağımız yaxşı cəhətdi. Bu, komandanın yüksəlişdə olduğunu göstərir. Hesab edirəm ki, qış fasiləsinə 2-ci pillədə yollanmağımız klub kollektivinin uğurudu".
Syomin mövsümün ikinci yarısında bundan da çox xal toplayıb, marafonu 1-ci yerdə başa vurmaq istəyir: "Biz bunun üçün rəqibləri fərqləndirməyib, hamısına qalib gəlməliyik. Onu nəzərə alaq ki, “Neftçi” və “Qarabağ”a bütün oyunlarda uduzsaq da, bu, bərabər mübarizə şəraitində oldu. Üstəlik, məğlubiyyətlərimiz minimal fərqlə olub. Yəni qorxulu heç nə yoxdu və yolumuza davam etməliyik"
Syomin qış fasiləsində müəyyən mövqelərin gücləndirilməyi vacib sayır: “Əlbəttə, komandamızda yerli futbolçularının sayını artımaq lazımdı. Özü də onlar rəqabət apara biləcək futbolçular olmalıdı. “Qəbələ” fasilədə heyətini lazımınca komplektləşdirə bilsə, daha güclü komanda olacaq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər