Türkiyə Futbol Federasiyası Branimir Subaşiçin çıxış etdiyi "Orduspor"u cəzalandırıb. Fanat.az xəbər verir ki, Ordu təmsilçisinə 2 il transfer qadağı qoyulub.
Buna səbəb Kürşat Duymuşun klubdan şikayəti olub. Vaxtı ilə "Bakı"da oynamış futbolçu "Orduspor"dan almalı olduğu mükafata görə TFF-yə şikayət edib.
Fanat.az