"Jirona"nın baş məşqçisi Miçel Sançes "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegeni transfer etməyə yaxın olduqları barədə yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Ter Ştegen yüksək səviyyəli futbolçudur. İstənilən məşqçi belə oyunçunu komandasında görmək istəyər".
Daha öncə Avropa mətbuatında almaniyalı qolkiperi İngiltərə təmsilçisi "Aston Villa"nın da istədiyi barədə məlumatlar dərc edilib. "Jirona"nın isə keçidi gələn ay reallaşdırmağa yaxın olduğu bildirilir.
Nihat