Salah Premyer Liqanın ən yaxşısıdır

Salah Premyer Liqanın ən yaxşısıdır

"Liverpul"un hücumçusu Məhəmməd Salah oktyabrda İngiltərə çempionatının ən yaxşı oyunçusu seçilib. 

Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasının mətbuat xidməti məlumat yayıb.

Salah ötən ay Premyer Liqada 3 oyun keçirib. Misirli ulduz bu görüşlərdə 7 qol vurub ("Brayton" və "Everton" ilə oyunlarda dubl, həmçinin "Nottingem Forest"ə qarşı 1 qol).

"Liverpul" hazırda İngiltərə çempionatının turnir cədvəlində 3-cü yerdədir. Yurgen Kloppun komandası lider “Mançester Siti”dən 3 xal geri qalır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər