Ronaldinyo yenidən Avropaya qayıtmaqdan imtina edib. Fanat.az xəbər verir ki, braziliyalı əfsanə hazırda İngiltərə Premyer Liqasının lideri olan "Leyçester"də oynamaq istəməyib.
Məlumata görə, Ronaldinyo son dövrlər ən bahalı transferləri həyata keçirən Çinə getmək istəyirmiş. Məhz bu səbəbdən inglislərin təklifindən imtina edib.
Qeyd edək ki, karyerası ərzində Braziliyanın "Qremio", "Flamenqo", "Fluminense", "Atletiko Mineyro", Fransanın PSJ, İspaniyanın "Barselona", İtaliyanın "Milan" və Meksikanın "Queretaro" klublarında oynamış Ronaldinyo hazırda klubsuzdu.
Fanat.az