Rəşad Əhmədov Premyer Liqada debüt etdi

Rəşad Əhmədov Premyer Liqada debüt etdi
Topaz Premyer Liqasının XXVII turu baş hakim debütü ilə yadda qalıb. "Keşlə” – "Qarabağ” matçını (3:0) idarə edən Rəşad Əhmədov Azərbaycan çempionatının yüksək dəstəsində ilk matçını keçirib. 
Fanat.Az xəbər verir ki, o, cari mövsümdə Premyer Liqa oyununu idarə edən 11-ci referidi. Əvvəlki 26 turun matçları 10 hakimə həvalə olunmuşdu. Əhmədov ölkə çempionatları tarixinə 96-cı baş hakim kimi düşüb. Belə ki, 1992-ci ildən keçirilən yarışda onadək 95 referi ədaləti qorumuşdu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər