Rəhim Sterlinqdən rekord - Premyer Liqa tarixində beləsi olmayıb

Rəhim Sterlinqdən rekord - Premyer Liqa tarixində beləsi olmayıb

"Fulhem"lə dünənki matçda "Çelsi" Kol Palmerin penaltidən vurduğu yeganə qolla qalib (1:0) gəlib. 

Fanat.Az xəbər verir ki, 11 metrlik zərbəni londonlulara 29 yaşlı ingilis yarımmüdafiəçi Rəhim Sterlinq qazandırıb.

"Squawka"-nın hesablamasına görə, beləliklə Sterlinq indiyə qədər İngiltərə Premyer Liqası matçlarında komandaları üçün 26 penalti qazanıb. Bu isə turnir tarixində rekord göstəricidir. 

"Fulhem"lə matçdakı "11 metrə" "Çelsi" üçün bu mövsümdə səkkizinci penalti olub. Bunlardan üçü məhz Sterlinqə qarşı kobudluqla bağlı olub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər