"Real"ın ulduzu Premyer Liqaya transfer olunmaq istəyir

"Real"ın ulduzu Premyer Liqaya transfer olunmaq istəyir
"Real"ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının finalında "Liverpula" vurduğu qolla diqqət mərkəzinə düşmüşdü.
 
Fanat.Az xəbər verir ki, daha öncə "Tottenhem" və "Mançester Yunayted"in də istədiyi uelsli ulduza "Bavariya" da təklif göndərib. Ancaq alman klubunun təklifi Beyl tərəfindən rədd edilib. "Real"ın 28 yaşlı ulduzu komandasından yalnız İngiltərə Premyer Liqasına gedəcəyi təqdirdə ayrılacağını bildirib. 
 
Bu mövsüm "Real"ın heyətində 39 oyunda meydana çıxan Beyl 21 dəfə rəqibləri məyus etməyi bacarıb. Madridlilərlə 2022-ci ilə qədər müqaviləsi olan uelslinin Premyer Liqa sevgisi onunla maraqlanan ingilis klublarını hərəkətə keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər