"Real"ın 101 milyonluq ulduzu Premyer Liqa klubunda

"Real"ın 101 milyonluq ulduzu Premyer Liqa klubunda
"Mançester Yunayted" "Real"ın ulduzu Qaret Beyli heyətinə qatır. Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb.
İddia olunur ki, "Mançester Yunayted" uelsli ulduzla razılıq əldə edib. Premyer Liqa klubu indi "Real"la razılıq əldə etməyə çalışır.
Beylin yayda da "Mançester Yunayted"ə keçidi müzakirə mövzusu idi. Hətta tərəflər uzun müddət danışıqlar aparmışdı. Lakin son anda transfer baş tutmamışdı.
Qeyd edək ki, "Real" Beyli 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya transfer etmişdi. Hazırda "Tranmfermarkt" ona 80 milyon avro qiymət qoyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər