“Real Madrid”lə “Mançester Siti”dən ilk oyunda heç-heçə

“Real Madrid”lə “Mançester Siti”dən ilk oyunda heç-heçə

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turnirin əsas favoritlərindən hesab olunan İngiltərənin “Mançester Siti” komandası İspaniyada son çempion “Real Madrid”in qonağı olub. Tərəflər ilk oyunda qalibi müəyyənləşdirə bilməyiblər.

Digər yarımfinal görüşü sabah İtaliya təmsilçiləri “Milan” və “İnter” arasında baş tutacaq. Yarımfinalın cavab oyunları isə mayın 16-17-də keçiriləcək.

UEFA Çempionlar Liqası Yarımfinalın ilk oyunu 9 may

Real Madrid (İspaniya) – Mançester Siti (İngiltərə) 1:1 Qollar: Vinisius Junior, 36 - Kevin de Breyne, 67. Baş hakim: Artur Dias (Portuqaliya). Madrid. “Santyaqo Bernabeu”.

Real: Kurtua, Karvaxal, Alaba, Rüdiger, Kamavinqa, Kroos, Modriç, Valverde, Rodriqo, Benzema, Vinisius. Mançester Siti: Ederson, Uoker, Akanci, R.Dias, Stounz, Rodri, B.Silva, Gündoğan, De Bruyne, Qriliş, Haland.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər