Ramil Şeydayev yenidən Rusiya Premyer Liqasında?

Ramil Şeydayev yenidən Rusiya Premyer Liqasında?
"Trabzonspor"dan ayrılan millimizin futbolçusu Ramil Şeydayev karyerasını Rusiyada davam etdirə bilər.
Fanat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu "Krılya Sovetov" danışıqlar aparır. Premyer Liqa klubu Ramilin transferini tezliklə bitirmək istəyir.
Qeyd edək ki, Ramil "Zenit"in yetirməsidi. O, 2013-2016-cı illərdə bu kluba məxsus olub. Bu komandanın əsas və əvəzedici komandasında oynamaqla yanaşı, "Rubin"ə icarəyə verilib (2015). 2016-cı ildə "Trabzonspor"a trnsfer olunan futbolçumuz icarə əsasında Slovakiyanın "Jilina" və Azərbaycanın "Qarabağ" klublarında oynayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər