Uzun müddətdir klub axtarışında olan Ramil Şeydayevin harda oynayacağı dəqiləşmək üzrədi.
Fanat.Az xəbər verir ki, həmyerlimiz yenidən Rusiya Premyer Liqasında oynayacaq. Heyətini genişləndirən, legioner bolluğundan əziyyət çəkməyə başlayan "Trabzonspor" da bütün səylərini Ramilə yeni klub tapmağa yönəldib.
Artıq Rusiya çempionatında oynayan klublardan biri Ramili heyətinə qatmağa razılıq verib. Güman olunur ki, həmin klub Şeydayevi icarə əsasında heyətinə qatacaq.
Xatırladaq ki, Ramil Azərbaycan vətəndaşlığı qəbul edəndən sonra "Zenit"i tərk etmiş və "Trabzonspor"a yollanmışdı.
Fanat.Az