Qvardiola Premyer Liqada yeni rekorda imza atdı

Qvardiola Premyer Liqada yeni rekorda imza atdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis buna Premyer Liqanın 23-cü turunda “Aston Villa”nı 3:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

Qvardiola Mançester klubundakı 250-ci matçında 184-cü qələbə sevincini yaşayıb. Bu isə çempionatın ilk 250 qarşılaşmasında ən çox qələbədir. O, “Liverpul”un baş məşqçisi Yurgen Kloppun rekordunu yeniləyib. Alman məşqçi “qırmızılar”ın sükanı arxasında ilk 250 görüşdə 160 qələbəyə sevinib. Bu siyahıda Joze Mourinyo (158 qələbə) üçüncü, Aleks Ferqyuson (152) dördüncü, Arsen Venger (146) isə beşinci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Mançester Siti” hazırda Premyer Liqada 48 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər