"Hazırlıqlarımız normal keçir. Proqram üzrə hazırlaşırıq. Komandada hər şey qaydasındadı". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
"Xəzər Lənkəran" - "Gənclərbirliyi" oyununu izləyən baş məşqçi azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. Qurbanov transfer çalışmaları ilə bağlı danışıb: "Hazırda düşərgəmizdə yeni futbolçu yoxdu. Yeni transer istəyirik. Amma alınıb-alınmayacağı dəqiq deyil".
Fanat.az